Çində növbəti güclü partlayış » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Çində növbəti güclü partlayış - YENİLƏNİB

Çində növbəti güclü partlayış

Səkkiz nəfər xəsarət aldı.

Çinin şərqində Şandun əyalətində kimyəvi zavodların birində baş vermiş partlayış nəticəsində səkkiz nəfər xəsarət alıb. Bu barədə “Jenmin jibao” qəzeti məlumat yayıb.

Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Ölənlər yoxdur, yanğın nəzarətə götürülüb.

Bununla belə, “Tsinxuaşibao” qəzetinin məlumatına əsasən, hadisə yerinə 20 yanğınsöndürən briqada göndərilib, 150 yanğınsöndürən yanğını söndürməyə çalışır.

20:45

Çinin Şandun əyalətində kimyəvi zavodda güclü partlayış baş verib. Partlayışdan sonra müəssisənin ərazisində yanğın başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə “People's Daily, China”nın Twitter səhifəsində məlumat verilib.

Yanğınsöndürənlər artıq hadisə yerindədirlər.

Qeyd olunur ki, partlayış ərazisindən təqribən 1 kilometr aralıqda yaşayış tikililəri var.

Xəsarət alanlar barədə məlumat yoxdur.

“Sina”nın məlumatına əsasən, partlayış saat 20:40-da baş verib. Partlayış dalğasından yaxınlıqda olan evlərin pəncərələri sınıb.

Hazırda yanğına nəyin səbəb olması barədə məlumat yoxdur.

Xatırladaq ki, Çinin Tyantsin şəhərində bu yaxınlarda tez alışan məhlullar anbarında bir neçə partlayış baş verib. Hazırda 114 nəfərin ölməsi və 698 nəfərin xəsarət aldığı bildirilir. Daha 70 nəfər isə itkin düşmüş hesab edilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *