Cəlilabadda mikroavtobusda öldürülmüş kişinin qatili öz kürəkəni imiş – YENİLƏNİB
Cəlilabad rayonunda qətl törədənin öldülürən şəxsin kürəkəni olduğu məlum olub.
"Report"un məlumatına görə, rayonun Uzuntəpə kənd sakini, 1956-cı il təvəllüdlü Rakif Qardaş oğlu Hüseynovu onun kürəkəni 1999-cu il təvəllüdlü Əvəz Əhməd oğlu Həmzəyev bıçaqlayaraq öldürüb. Hadisə sərnişin mikroavtobusunda, R.Hüseynovun arvadının gözləri qarşısında baş verib.
Ə.Həmzəyev tutulub.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
***17:53
Cəlilabad rayonunda qətl hadisəsi baş verib.
"Report”un məlumatına görə, hadisə bu gün günorta saatlarında rayon mərkəzində qeydə alınıb.
Belə ki, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Rakif Hüseynov həyat yoldaşı ilə sərnişindaşıyan mikroavtobus ilə gedərkən qəfildən bir nəfər onun ürək nahiyəsinə bıçaq zərbəsi endirib. Yaralı mikroavtobusun sürücüsü tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onun adı yaxın müddətdə açıqlanacaq.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq davam edir.
Mənbə:> Report