Bakıda bıçaq zarafatı pis qurtardı – QƏTL
Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Publika.az xəbər verir ki, hadisə rayonun 28 May qəsəbəsində yerləşən avtobus dayanacağında qeydə alınıb.
1997-ci il təvəllüdlü Qədirli Çingiz Ramiz oğlu dayanacaqda sərxoş vəziyyətdə olan tanışı ilə zarafatlaşaraq, onu bıçaqlayacağını deyib. Qarşı tərəf bunu ciddi qəbul edib və üzərindəki bıçaqla Ç.Qədirlinin ürək nahiyəsinə zərbə endirib. Yaralı xəstəxanaya aparılarkən yolda keçinib.
Hazırda Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsi əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi üzrə (qəsdən adam öldürmə) cinayət işi başlanıb.
Mənbə:> Palitika.Az