Türkiyədə quldurluq edən 8 azərbaycanlı tələbə tutuldu
Türkiyənin Kastamonu universitetində oxuyan 8 azərbaycanlı tələbə qəsbkarlıq və hədə-qorxu yol ilə pul tələb etmə ittihamları ilə tutulub. Virtualaz.org xəbər verir ki, iddiaya görə Azərbaycan vətəndaşı olan həmin 8 tələbə Kastamonu universitetində mütəşəkkil qruplaşma yaradaraq yeni təhsil almağa gedən azərbaycanlı tələbələri soymaqla məşğul olub. Onlar Azərbaycandan universitetə təhsil almağa yeni gedənləri hədələyərək pul istəyib, əşyalarını ələ keçirib.
Banda üzvləri sonuncu dəfə azərbaycanlı tələbənin yaşadığı evə basqın edərək ona işgəncə verib, barmaqlarını qırıb. Sonra onun notbukunu və fotoaparatını zorla alıblar. Şikayət əsasında hərəkətə keçən Kastamonu polisinin əməliyyatçıları E.E., F.A., N.A., R.A., M.Y., S.M., H.A. ve S.R. adlı tələbələri həbs edib. Onlar ilkin dindirmədən sonra məhkəməyə çıxarılıb, barələrində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.
Mənbə:> Virtualaz.org