Türkiyədən deportasiya edilən azərbaycanlı tələbə özünü öldürdü
Türkiyədə təhsil alan azərbaycanlı tələbə intihar edib.
Azxeber.com-un məlumatına görə, Ankara Orta Doğu Texniki Univeristetində təhsil alan Gürcüstan Respublikası vətəndaşı, əslən azərbaycanlı Oral Ələkbərov özünü öldürüb.
Onun bir neçə gün əvvəl Türkiyədən deportasiya edildiyi və Gürcüstana qaytarılarkən Batumi şəhərində həyatına son qoyduğu bildirilir.
Qeyd edək ki, Oral Əlkəbərov Marneuli rayonunun sakini olub.
Mənbə:> Azxeber.com