“Lotu Qulu” haqqında xoşagəlməz sözlər deyən avtoritet öldürüldü » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

“Lotu Qulu” haqqında xoşagəlməz sözlər deyən avtoritet öldürüldü

“Lotu Qulu” haqqında xoşagəlməz sözlər deyən avtoritet öldürüldü


Kriminal aləmdə “Dato Pankiski” kimi məşhur olan 36 yaşlı gürcü “qanuni oğru” David Alxanişvili öldürülüb.

Publika.az xəbər verir ki, bu haqda Rusiyanın məşhur kriminal saytı olan “Praym Kraym” yazıb.

Saytın yazdığına görə, onun qətli Zaxariya Kalaşovun (hazırda Rusiyada həbsdədir –red.) qardaşı oğlu David Ozmanova (“Dato Krasnodarski”) verilən işğəncənin qisası olaraq törədilib. Qətlin oğru dünyasında qanlı qarşıdurmaların yeni mərhələsinin başlanğıcı olacağı deyilir.

Xatırladaq ki, 2011-ci ildə Belçikada “qanuni oğru” Oniani Canqveladzenin klanından ibarət avtoritetlər David Ozmanov üzərində divan təşkil edib. Onlar Ozmanova çoxsaylı bıçaq xəsarətləri yetiriblər. David Alxanişvili də divanı təşkil edənlərdən biri olub.

Ozmanov o vaxt möcüzə sayəsində sağ qalıb və uzun müddət xəstəxanada qalıb. Onun cəlladlarına isə qiyabi ölüm hökmü çıxarılıb.

Məlumata görə, Alxanişvilinin çeçen kriminal avtoritet, oğru dünyasında "Şeyx Həmzət" adı ilə məşhur olan Həmzət Qastəmirovla yaxın dostluq münasibətləri olub. O, ölümündən bir neçə gün əvvəl sui-qəsd nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilən “Şeyx Həmzət”ə zəng edərək hadisəyə görə üzüldüyünü bildirib. Onun telefon söhbətində azərbaycanlı “qanuni oğru” Nadir Səlifovla (“Lotu Quli”) bağlı xoşagəlməz ifadələr işlətdiyi deyilir.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *