Lotu Quli İstanbulda » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Kriminal

Lotu Quli İstanbulda

Lotu Quli İstanbulda

Azadlığa çıxmış “qanuni oğru” Nadir Səlifov (Lotu Quli) İstanbuldadır. Virtualaz.org-a məlum olduğuna görə, kriminal avtoritet ailəsinin və yaxın dostlarının əhatəsindədir.

Virtualaz.org oxucularına Nadir Səlifovun azadlığa çıxdıqdan sonrakı ilk fotoşəklini təqdim edir. Şəkildə kriminal avtoritet qardaşı, “qanuni oğru” Namiq Səlifovla yanaşı durub.

Xatırladaq ki, Lotu Quli həbsxanada 20 ildən çox vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Məhbəsdə olduğu vaxtda N.Səlifov uzun illər Gürcüstana ekstradisiyasına nail olmağa çalışıb.

Oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsi vəkilin N.Səlifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatətini təmin edib. Qeyd edək ki, azadlığa çıxdığı gün N.Səlifov Gürcüstana getmişdi.
Lotu Quli İstanbulda

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *