Hava almağa çıxdı, eyvandan düşdü
Türkiyədə bədbəxt bir hadisə yaşanıb.
ANS PRESS-in məlumatına görə, Türkiyənin Yozqat vilayətində Fatih məhəlləsi sakinlərindən biri gecə saatlarında binanın 3-cü mərtəbəsində yerləşən mənzilinin eyvanına hava almaq üçün çıxıb. Lakin onun bu istəyi xoş sonluqla bitməyib. Belə ki, eyvana çıxan Osman Uğur adlı 62 yaşlı vətəndaş müvazinətini itirərək 3-cü mərtəbədən aşağı yıxılıb.
Yaxınlarının təcili yardımı çağırması ilə o, dərhal xəstəxanaya çatdırıblar. Həkimlərin ilkin baxışı zamanı onun artıq dünyasını dəyişdiyi məlum olub.
Mərhumun yaxınları isə baş verən hadisəyə görə əsəb sarsıntısı keçiriblər.
Mənbə:> ANSPRESS