Tibb bacılarını məmurların qarşısında soyunmağa məcbur etdilər
Cənubi Koreyada xəstəxanaların birində keçirilən korporativ zamanı tibb bacılarını soyunaraq erotik rəqs etməyə məcbur ediblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə The Korea Times nəşri məlumat yayıb.
Hadisə barədə xəstəxananın əməkdaşlarından birinin sosial şəbəkələrdə yaydığı videodan sonra məlum olub. Qadınları qısa ətəkdə və dar geyimdə ölkə ərazisində bir neçə xəstəxana və universitetə nəzarət edən fondun rəhbərliyi qarşısında çıxış etməyə məcbur ediblər.
Nəşr bildirir ki, yeni işə qəbul olunmuş tibb bacılarının qarşısında şərt qoyulub: ya rəqs etməli idilər, ya da işdən qovulurdular. Cənubi Koreyanın Əmək və Məşğulluq Nazirliyində məsələ ilə bağlı araşdırmaya başlayıblar.
Mənbə:> Oxu.Az