Müsəlman qaçqınları xristianlığı qəbul etməyə məcbur edirlər
Avropaya üz tutan müsəlman qaçqınlar Almaniyada qaçqın statusu almaq ümidi ilə xristianlığı qəbul edirlər.
Virtualaz.org saytı xəbər verir ki, bu sensasion məlumatı Britaniyanın “Daily Mail” qəzeti yayıb.
Nəşrin yazdığına görə, əsasən İran və Əfqanıstandan olan yüzlərlə müsəlman Avropada özünə yeni həyat qurmaq üçün bu yola - xristianlığı qəbul etmək üsuluna əl atmağa məcbur olub. Onlar əsasən Berlindəki Müqəddəs Troitsa kilsəsində xaç suyuna çəkilir.
Xəbərlərə görə, xristianlığı qəbul edən müsəlmanların çoxu qohumlarının və yaxınlarının xristianların sıxışdırıldığı, İslamdan üz döndərməyin isə böyük günah (küfr) sayılıb cəzalandırıldığı vətənlərində təqib ediləcəyindən qorxduqları üçün adlarını açıqlamır.
Təkcə son günlər ərzində Almaniyaya 20 mindən çox müsəlman qaçqın gəlib. İlin sonuna qədər bu rəqəm 800 minə çata bilər. Hazırda Almaniyada 4 milyondan çox müsəlman yaşayır.
Mənbə:> Virtualaz.org