Kim Çen In iki məmuru raketlə edam etdi
Şimali Koreyanın lideri Kim Çen Inın əmri ilə ölkənin iki yüksək vəzifəli məmuru edam edilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, müvafiq informasiya Cənubi Koreyanın “Çunan ilbo” qəzetində dərc edilib.
Qəzetin mənbəsinin sözlərinə görə, kütlə qarşısında sabiq kənd təsərrüfatı naziri Hvan Mini və Təhsil Nazirliyində yüksək vəzifə tutan Ri Yon Çjini zenit qurğusundan atəş açaraq edam ediblər.
“Edam Kim Çen Inın şəxsi əmri ilə Hərbi Akademiyanın həyətində həyata keçirilib”, - nəşr məlumat yayıb.
Məlumata görə, Hvan Minin güllələnməsinin səbəbi “onun siyasətə dair təklifinin şəxsi çağırış kimi qəbul edən Şimali Koreya liderinin narazılığı olub”.
Edam edilən ikinci şəxsin günahı Kim Çen Inın çıxışı zamanı iclasda yatması olub. “O, dərhal həbs edilib, dindirilib və korrupsiyada ittham edilib”, - “Çunan ilbo” yazır.
Qəzetin mənbəsinin məlumatına görə, bu, Kim Çen Inın hakimiyyətə gəldiyi dövrdən bəri ilk dəfədir ki, hərbçi və ya partiya üzvü olmayan şəxslər edam edilir. “Bu Şimali Koreyada təmizləmələrin miqyasının genişləndiyi və bu il yüksək vəzifəli məmurların ölkədən qaçmaları ilə əlaqədar ola bilər”, - nəşr yazır.
Mənbə:> Oxu.Az