Azərbaycana gətirilən bu yük yolda ilişdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Azərbaycana gətirilən bu yük yolda ilişdi

Azərbaycana gətirilən bu yük yolda ilişdi

Türkiyənin Sivas bölgəsindən Kayseriyə gedən şose yolda Azərbaycana nəhəng buxar turbini gətirən qoşqulu TIR yolun kənarındakı dəmir baryerlərə sıxışıb. Nəticədə TIR hərəkəti davam etdirə bilməyib, yolda nəqliyyatın hərəkəti 3 saatdan çox dayanıb.

Virtualaz.org xəbər verir ki, 42 metr uzunluğunda olan və nəhəng buxar turbini ilə yüklü qoşqulu TIR Mersin limanından Azərbaycana doğru yola çıxıb. (Ehtimal ki, yük hansısa başqa ölkədən gəmiylə Mersinə gətirilib). 41 TA 408 nömrə nişanlı TIR və onun 41 TJ 162 nömrə nişanlı qoşqusu Sivas-Kayseri yolunun Kovalı kəndi yaxınlığından keçən hissəsində döngədə baryerə sıxışıb. Sürücü Murat Arslanın və nəqliyyatın hərəkətinə nəzarət edən müfəttişlərin bütün cəhdlərinə baxmayaraq TIR-ı sıxışdığı yerdən çıxarmaq mümkün olmayıb. Nəticədə hadisə yerinə polislər və yol işçiləri çağırılıb. Yol işçiləri TIR-ı sıxışdığı yerdən çıxarmaq üçün dəmir baryerləri kəsiblər. Təxminən 3 saat davam edən çalışmalardan sonra TIR sıxışdığı yerdən çıxarılıb. Bu müddət ərzində yolda nəqliyyatın hərəkəti dayandırılıb.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *