Bakı-Quba-Rusiya yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən 1 km uzunluğunda olan hissəsi 2016-cı il mayın 30-dan bağlanacaq.
Bu barədə “Azəravtoyol” ASC-dən Oxu.Az-a məlumat daxil olub.
Bildirilir ki, yolun bağlanması aparılacaq təmir işləri ilə əlaqədardır.
Hərəkətin tam olaraq məhdudlaşdırılması yalnız bir hərəkət istiqaməti üzrə (Bakı şəhəri istiqaməti) tətbiq olunacaq. Təmir işləri aparılan müddət ərzində digər hərəkət hissəsi ilə (Sumqayıt şəhəri istiqamətində) avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək.
Mənbə:> Oxu.Az