Türkiyədən Azərbaycana gələn “TIR”-lar yolda qalıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Türkiyədən Azərbaycana gələn “TIR”-lar yolda qalıb

Türkiyədən Azərbaycana gələn “TIR”-lar yolda qalıb


Güclü qar və yolların buz bağlaması səbəbindən Türkiyədən Azərbaycana və Türkmənistana yük daşıyan çoxlu sayda ağırtonnajlı yük maşını (TIR) Türkiyənin İranla sərhədində, dağlıq bölgədə qalıb.

Aznews.info Virtualaz.org-a istinadən xəbər verir ki, güclü qardan sonra Ağrı-İran və Doğubeyazit-Çaldıran yolları buz bağlayıb.

Nəticədə Gürbulak sərhəd-keçid məntəqəsindən keçib İran, Türkmənistan və Azərbaycana yük daşıyan çoxlu sayda TIR yolda qalıb. Yük maşınları Ağrı-İran yolunun 20-ci kilometrliyindəki Tendürek keçidində ilişib qalıblar və kilometrlərlə uzunluğunda tıxac yaradıblar. Yolun qar və buzdan təmizlənməsi üçün çoxsaylı texnika cəlb edilib.

Ancaq bu gün daha bir qar fırtınası gözlənilir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *