Bakının mərkəzində kran aşıb? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Bakının mərkəzində kran aşıb? – FOTO + YENİLƏNİB

Bakının mərkəzində kran aşıb?


Bakıda Mehdi Mehdizadə küçəsində qəzalı vəziyyətə düşən körpünün təmirinə başlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən həmin körpüdə kranın aşması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyiblər.

Qeyd olunub ki, bir müddət əvvəl betonqarışdıran maşının çırpılması nəticəsində körpü qəzalı vəziyyətə düşmüşdü. Bununla əlaqədar olaraq, həmin körpü “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən təmirə bağlanıb:

“Bu məqsədlə körpüdə bu gün səhərdən təmir işlərinə başlanıb. Təmirlə əlaqədar həmin küçədə nəqliyyatın hərəkəti də müvəqqəti dayandırılıb. Kranın aşması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.

11:54

Bakının mərkəzində qaldırıcı kran aşıb.

Oxu.Az xəbər verir ki, hadisə Mərkəzi Neftçilər Xəstəxanasından 28 May küçəsi istiqamətinə gedən yolda baş verib.

Belə ki, kran Mehdi Mehdizadə küçəsindən 28 May küçəsi istiqamətinə gedən yolun üstündəki dəmiryolu körpünün üstünə aşıb. Nəticədə körpü yararsız vəziyyətə düşüb.

Hazırda yolda nəqliyyatın hərəkəti dayandırılıb.

Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat yoxdur. Əraziyə aidiyyəti qurumlar cəlb olunub.

Qeyd edək ki, həmin ərazidə yerləşən körpü uçma təhlükəsi ilə üzləşib. Bir müddət öncə yolda qəza baş verib. Yük avtomobili körpüyə çırpılmışdı, nəticədə körpüdə iri çat əmələ gəlmişdi.
Bakının mərkəzində kran aşıb?

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Я врубился, спасибо вам комментаторы


спутниковый интрнет

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *