Lənkəranda 54 il əvvəl salınan körpünü təmir olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto, Foto

Lənkəranda 54 il əvvəl salınan körpünü təmir olundu – FOTO

Lənkəranda 54 il əvvəl salınan körpünü təmir olundu


Lənkəranda yerləşən qəzalı körpüdə nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Oxu.Az xəbər verir ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 186-cı kilometriyində, Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay çayı üzərində yerləşən və qəzalı vəziyətə düşmüş körpü Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən qısa müddət ərzində bərpa edilərək, yenidən sürücülərin ixtiyarına verilib.

Aparılmış əsaslı təmir-bərpa işləri nəticəsində körpünün dayaqları və dayaqüstü tirlər istisna olmaqla, aşırım tirləri yenilənib, körpüdə yeni seysmik sütunlar quraşdırılıb, yolun hərəkət hissəsinə monolit dəmir-beton üzlük döşənib, təkərqaytaranlar düzəldilib, dəmir mühəccərlər yenilənib, körpüyə giriş hisslərdə 6 metr uzunluğunda dəmir-beton plitələr tikilib. Bundan başqa körpünün ümumi eni 9 metrdən 11 metrə çatdırılıb. Nəticədə körpünün hərəkət hissəsinin eni 8 metr olub.

Xatırladaq ki, cari ilin may ayının 13-də Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay çayı üzərində yerləşən körpüdə ağır yüklü maşınların intensiv hərəkəti nəticəsində 3 ədəd aşırım tiri sınmışdı. Nəticədə körpü qəzalı vəziyyətə düşmüşdü və nəqliyyatın hərəkəti burda tam məhdudlaşdırılmışdı. Körpü üzərində nəqliyyatın hərəkətinin intensivliyini nəzərə alan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC baş vermiş hadisəyə operativ şəkildə reaksiya verərək, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti üçün ərazidə 2 ayrı alternativ yol açaraq, körpü üzərində əsaslı təmir-bərpa işlərinə başlamışdı. İşlər Nəqliyyat naziri Ziya Məmmədovun və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında aparılırdı.

Məlumat üçün qeyd edək ki, körpü 1961-ci ildə inşa edilib. 3 aşırımdan ibarət, ümumi uzunluğu 50 metr olan körpünün hərəkət hissəsinin eni isə 7 metr idi.

Lənkəranda 54 il əvvəl salınan körpünü təmir olundu
Lənkəranda 54 il əvvəl salınan körpünü təmir olundu
Lənkəranda 54 il əvvəl salınan körpünü təmir olundu
Lənkəranda 54 il əvvəl salınan körpünü təmir olundu

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 18 avqust 2015 19:58
  • Yazan: Marina
I was sesluoriy at DefCon 5 until I saw this post.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *