Tanınmış kəşfiyyatçı “Yaquar” Bakıda faciəvi şəkildə öldü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Tanınmış kəşfiyyatçı “Yaquar” Bakıda faciəvi şəkildə öldü

Tanınmış kəşfiyyatçı “Yaquar” Bakıda faciəvi şəkildə öldü

Dünən günorta saatlarında paytaxtda ölüm hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Səbail rayonu, “Oksford” məktəbi ilə üzbəüz yerləşən hərbçilərin yaşadığı binada qeydə alınıb.

Qarabağ müharibəsi iştirakçısı, II qrup əlil, 1957-ci il təvəllüdlü Hüseynov Əlihüseyn Ələsgər oğlu binanın damından yıxılaraq yerə düşüb və hadisə yerindəcə vəfat edib.

Onun binanın damına su çənini düzəltmək üçün çıxdığı bildirilir.

Qeyd edək ki, Əlihüseyn Hüseynov müharibədə kəşfiyyatçı olub, qəhrəmanlıqlarına görə ona “Yaquar” ləqəbi verilib.

Hüseynovun yaşadığı bina Müdafiə Nazirliyinin balansındadır, mənzil ona dövlət tərəfindən verilib.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *