Yeddi yaşlı qızı zorlayanı daşqalaq etmək istəyirlər – VİDEO
İranın Ərdəbil əyalətinin Parsabad şəhərində 21 gün əvvəl itkin düşmüş 7 yaşlı qız uşağının meyiti tapılıb.
AzNews.info-nun Trend-ə istinadən məlumatına görə, qarajda tapılan meyitin üzərində zorlanma əlamətləri aşkar edilib.
Şəhər sakini 40 yaşlı İsmayıl Cəfərzadə polisə günahını etiraf edib.
Hadisədən xəbər tutan yerli sakinlər ona məxsus mağazanı yandırıb, əraziyə gələn şəhər prokurorundan cinayətkarın daşqalaq olunmasını tələb ediblər. Prokuror İ.Cəfərzadəyə ən ağır cəza veriləcəyini deyib.
Qeyd edək ki, İ.Cəfərzadə bundan əvvəl də məhkumluq həyatı yaşayıb. O, bir il bundan əvvəl qadını zorlayaraq öldürdüyünü etiraf edib.
Mənbə:> Trend