Dörd gün əvvəl Kürdə batan 20 yaşlı qızın meyiti tapılıb
Sabirabadda Kür çayında batan 20 yaşlı qızın meyiti tapılıb.
AzNews.info APA-ya istinadla xəbər verir ki, sentyabrın 13-də Kürün Sabirabad rayonu ərazisindən keçən hissəsində batan, rayonun Narlıq kənd sakini, 1996-cı il təvəllüdlü Qəhrəmanova Sevanə Polad qızının meyiti bu gün saat 9.00 radələrində batdığı yerdən 10 kilometr aralıda Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları tərəfindən aşkar edilərək çıxarılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Mənbə:> APA