İtkin düşən nişanlı qızlar tapıldı
Şirvan şəhərində bir neçə gün əvvəl itkin düşən qızlar tapılıb. 17 gün əvvəl yoxa çıxan nişanlı qızlar bu gün evlərinə dönüblər. Onlar mətbuatda bu barədə məlumat yayılandan sonra bu addımı atdıqlarını açıqlayıblar.
İtkin düşən qızlardan biri - Aytac Zahidovanın anası Flora Zahidova deyib ki, qızlar yayımlanan videoya baxdıqdan sonra evə qayıtmağa qərar veriblər: “Onlar Bakıda marketlərdən birində işləyiblər. Telefonlarını satıb özlərinə çörəkpulu ediblər” .
Qeyd edək ki, Şirvan sakinləri, 17 yaşlı Zahidova Aytac Yasər qızı və 18 yaşlı Quliyeva Əfsanə Allahverdi qızı mayın 26-da evdən çıxıb və geri qayıtmayıblar.
Mənbə:> APA