Tovuzda itən 27 yaşlı gəlin Bakıda tapıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Tovuzda itən 27 yaşlı gəlin Bakıda tapıldı

Tovuzda itən 27 yaşlı gəlin Bakıda tapıldı


AzNews.info xəbər verir ki, bu barədə Trend-ə A.Quliyevanın atası Məzahir Quliyev məlumat verib.

Məzahir Quliyev bildirib ki, qızı bu gün Bakının Nəsimi rayonunda, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında kameralarda görünüb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının axtarışları nəticəsində A.Quliyevanın qaldığı yer müəyyən edilib və tapılıb. A.Quliyeva hazırda Tovuz rayon Polis Şöbəsində dindirilir.

Xatırladaq ki, Tovuz rayonunun Öysüzlü kənd sakini, iki uşaq anası 27 yaşlı A.Quliyeva iyunun 14-də evdən çıxıb və bir daha geri qayıtmamışdı. Qadının ailəsində münaqişə yaşadıqdan sonra evi tərk etdiyi bildirilirdi.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *