Rusiyada Azərbaycan vətəndaşının evindən meyit tapılıb
Bu gün və dünən Sankt-Peterburqun müxtəlif rayonlarında iki Moldova vətəndaşının meyiti tapılıb.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, polis əməkdaşları onlardan birini aprelin 29-da Obuxovskaya Oborona prospekti, ev 110-da yerləşən mənzildə aşkar edilib.
Meyit barədə mənzilin sahibi, 46 yaşlı Azərbaycan vətəndaşı məlumat verib. O, miqrantın mənzildə təmir işi ilə məşğul olduğunu bildirib.
Meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.
Digər vətəndaşın meyiti isə bu gün tapılıb. Hər iki meyit müayinə üçün morqa göndərilib.
Mənbə:> Oxu.Az