İki nəfərin öldüyü istirahət mərkəzi kimindir? » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Foto

İki nəfərin öldüyü istirahət mərkəzi kimindir? – FOTO

İki nəfərin öldüyü istirahət mərkəzi kimindir?


Xəbər verdiyimiz kimi, İsmayıllıda yerləşən "Green House" istirahət mərkəzində faciə baş verib. Sözügedən məkanın hovuzunda 4 nəfəri elektrik cərəyanı vurub. Nəticədə Bakı şəhər Binəqədi rayon sakini, 1984-cü il təvəllüdlü Emin Zakir oğlu Adıgözəlov , Abşeron rayonu Xırdalan qəsəbə sakini, 1979-cu il təvəllüdlü Gülhüseyn Xaliqverdi oğlu Quliyev dünyasını dəyişib. Zaqatala rayon sakini 1981-ci il təvəllüdlü Eltəkin Məhəddin oğlu Ömərov və Bakı şəhəri Nizami rayon sakini, 1986-cı il təvəllüdlü Zakir Mahir oğlu Əliyev isə xəstəxanaya çatdırılıb. Xəstəxanada müalicə olunan şəxslərin vəziyyəti yaxşıdır. Bunu açıqlamasında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov deyib. Qurum rəsmisinin sözlərinə görə, xəsarət alan şəxslər digər iki nəfəri xilas etmək üçün hovuza tullanıb: “Hələ ki, istintaq davam edir. Yalnız ondan sonra hadisənin hansı səbəbdən baş verdiyi aydınlaşacaq. İki nəfər hovuzda çimirmiş, digər iki şəxs də onları xilas etmək istəyərkən zərər çəkib. "Green House" 15 ilə yaxındır ki, fəaliyyət göstərir. İstirahət mərkəzinin rəhbərliyi haqqında isə məlumatım yoxdur”.

İki nəfərin öldüyü istirahət mərkəzi kimindir?


AzNews.info-nun məlumatına görə, "Marja"nın araşdırması nəticəsində məlum oldu ki, “Green House” istirahət mərkəzi “Nyu Sfera-Turizm” MMC-yə məxsusdur. “Nyu Sfera-Turizm” şirkəti “Nyu Sfera” şirkətlər qrupuna daxildir. Şirkətlər qrupunun prezidenti İman Quliyevdir. El arasında “Qozbel İman” kimi tanınan biznesmen, eyni zamanda “Xalqlar Dostluğu” yarmarkasının sahibidir.

Mənbə: Marja.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Ultra-cool Nike running shoescheap air max 90
Have this running shoes you can go to the peak of life
Your fate is destined to need such a running shoescheap nike air max

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *