İsmayıllıda polisə qumbara atdılar
Martın 10-da polis əməkdaşları İsmayıllı rayon sakini, F-1 qumbarası ilə silahlanmış Kazımov Zakir Əhməd oğlunu saxlamaq istəyərkən, cinayətkar əlindəki qumbaranı kafenin ərazisinə atıb.
AzNews.info-nun xəbərinə görə, bu barədə Virtualaz.org-a Rayon Polis Şöbəsindən məlumat veriblər.
APA nəşrinin məlumatına əsasən, partlayış zamanı rayonun Günəşli qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məlikov Səfa Fikrət oğlu və Yuxarıbaş kənd sakini 1994-cü il təvəllüdlü Heydərli Asiman Əhməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisəni törətməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini 1969-cu il təvəllüdlü Kazımov Zakir Əhməd oğlunun saxlanıldığı bildirilir.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Mənbə:> Virtualaz.org