Keçmiş polis itkin düşdü – İsmayıllıda » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Keçmiş polis itkin düşdü – İsmayıllıda

Keçmiş polis itkin düşdü – İsmayıllıda


APA-nın xəbərinə görə, İsmayıllı şəhərinin Mübariz Orucov küçəsindəki 5 saylı ünvanda yaşayan 1952-ci il təvəllüdlü Nəsirov Bəxtiyar Mirzəbəy oğlu ötən il mayın 1-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Onun ailə üzvləri Bəxtiyar Nəsirovun itkin düşməsi barədə İsmayıllı rayon Polis Şöbəsinə məlumat veriblər. Polis əməkdaşları tərəfindən 7 aydır ki, beş övlad atası olan Bəxtiyar Nəsirovun tapılması üçün həyata keçirilən axtarış tədbirləri hələ ki, bir nəticə verməyib.

Uzun illər DİN-in Baş Mühafizə İdarəsinin İsmayıllı rayon bölməsinin əməkdaşı olan və təqaüdə çıxan serjant Bəxtiyar Nəsirovu görən şəxslərin bu nömrələrə zəng etmələri xahiş olunur. Mobil: 070 679 21 73, Ev: 2028 5 38 06

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *