Almaniyada avtobusla yük maşını toqquşub: 17 nəfərin taleyindən məlumat yoxdur
Almaniyanın Bavariya bölgəsində içərsində turistlər olan avtobusun yük avtomobili ilə toqquşması nəticəsində azı 31 nəfər xəsarət alıb.
AzNews.info Report-a istinadən xəbər verir ki, bu barədə yerli polis bildirib.
İnformasiyaya əsasən, avtobus yük maşını ilə toqquşduqdan sonra yanıb.
Avtobusda 48 sərnişin olub. Onların 17-nin taleyindən hələ məlumat yoxdur.
İlkin məlumata görə, avtobus Nyürnberqə doğru hərəkət edirmiş.
Mənbə:> Report