Əfqanıstanda 50 nəfər dəhşətli qəzanın qurbanı olub
Əfqanıstanın şərqində Qazni əyalətində iki avtobus və yanacaqdaşıyan avtomobilin toqquşması nəticəsində ən azı 50 nəfər ölüb və 57 nəfər xəsarət alıb.
Oxu.Az TOLO News nəşrinə istinadən xəbər verir ki, bu barədə əyalətin qubernatoru məlumat verib.
Qəzadan sonra avtobusda yanğın başlayıb. Bildirilir ki, yaralananların əksəriyyətinin vəziyyəti ağırdır.
Hazırda qəzanın səbbələri müəyyənləşdirilir.
Mənbə:> Oxu.Az