Bakı metrosunda faciə
Bu gün Bakı metrosunda faciəvi hadisə baş verib.
AzNews.info lent.az-a istinadən xəbər verir ki, yaşlı kişi metronun “Elmlər Akademiyası” stansiyasında relslərin üzərinə yıxılıb. Hadisə qatar platformaya daxil olarkən baş verib və həmin şəxs huşsuz vəziyyətdə relslərin üzərindən götürülüb.
Stansiyaya təcili tibbi yardım briqadası gəlib. Həkimlərin səyinə baxmayaraq o ölüb. Üzərindən çıxan sənədlər əsasında məlum olub ki, həmin şəxs 83 yaşlı Səyyad Xəlilovdur.
Onun özünü qəsdən qatarın altına atması və ya bədbəxt hadisə nəticəsində yıxılması kamera görüntüləri araşdırılandan sonra dəqiqləşəcək.
Mənbə:> Lent.az