Bakı metrosunda qatar orta yaşlı qadını vurdu
Metronun "20 Yanvar" stansiyasında qatar sərnişini vurub.
Bu barədə virtualaz.org-a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, hadisəyə səbəb qadının təhlükəsizlik xəttini keçməsi olub.
“Hadisə bu gün səhər saatlarında baş verib. Platformada dayanmış təxminən 55-60 yaşlı Rəfiqə Adığözəlova təhlükəsizlik xəttini keçib. Sürətlə hərəkət edən qatarın güzgüsü qadına dəyib. Biz təcili yardım çağırdıq, onu xəstəxanaya apardılar”, - deyə QSC rəsmisi bildirib.
Mənbə:> Virtualaz.org