Tovuzda toy zamanı dava düşüb: Bıçaqlanan var
Tovuz rayonunda bir nəfərin bıçaqlanması, bir neçə nəfərin isə bədən xəsarəti alması ilə nəticələnən kütləvi dava baş verib.
AzNews.info Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində baş qeydə alınıb.
Bir qrup şəxs arasında dava zamanı rayon sakini, 1993-cü il təvəllüdlü Məmmədov Sürət Vəkil oğlu kürək nahiyəsindən bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan yaralının vəziyyəti orta-ağırdır. Əlbəyaxa dava zamanı, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumata görə, S.Məmmədov hadisə baş verən zaman sərxoş olub.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Mənbə:> Report