Masallıda azyaşlı sünnət zamanı ölüb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Masallıda azyaşlı sünnət zamanı ölüb

Masallıda azyaşlı sünnət zamanı ölüb

Masallı rayonunda sünnət zamanı 5 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlanıb.

Oxu.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsindən Report-a verilən məlumata görə, Kənan Hüseynovun ölümünə səbəb uşağın orqanizminin ağrıkəsici kimi istifadə olunan “novokain”ə əks reaksiya verməsi olub.

Ailənin yeganə övladının Ramiz Sadıqovun səhlənkarlığı üzündən dünyasını dəyişdiyini iddia edən uşağın babası Qardaş Hüseynov həkimin uşaqla sərt davrandığını, uşağın ağlamasına əhəmiyyət verməyərək onları otaqdan çıxardığını bildirib: “Həkim yerli klinikaların birində çalışır. Mən onunla danışanda bildirdi ki, uşağı evdə sünnət edəcək. Biz də hazırlıq gördük. Uşaq dinc qalmırdı, qışqırıb ağlayırdı. Həkim də ona qorxu gəldi və iki iynə vurdu. Sonra bizi otaqdan çıxartdı. Bir qədər sonra uşaq qucağında heç bir söz demədən tələsərək narahat halda evdən çıxdı və maşına minib uzaqlaşdı. Bizi gözləmədən uşağı harasa apardı. Mən ona zəng vuranda dedi klinikaya aparıram. Biz ora gedəndə dedilər uşaq təcili yardımdadır. Təcili Yardım Stansiyasına gələndə isə uşağın öldüyünü bildik”.

Həkim Ramiz Sadıqov baş verən hadisə ilə bağlı danışmaq istəmədiyini bildirib. O, mətbuatın uşağın ölüm xəbərini “çox böyütdüyünü” də iddia edib: “Nə olub? Bir uşaq ölüb, az qala Tramp da bu hadisədən danışır”.

Masallı Rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 124-cü (Ehtiyyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işinin başlanılıb: “Baş verən hadisə ilə bağlı araşdırma aparılır, ekspertizanın rəyindən asılı olaraq qərar veriləcək”.

Qeyd edək ki, üç gün sonra H.Hüseynovun 5 yaşı tamam olacaqdı.

Masallıda azyaşlı sünnət zamanı ölüb
Masallıda azyaşlı sünnət zamanı ölüb
Masallıda azyaşlı sünnət zamanı ölüb



11:08

Masallının Musaküçə kəndində sünnət zamanı dünyasını dəyişən 5 yaşlı Kənan Hüseynovun ölümü ilə bağlı təfərrüatlar məlum olub.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, azyaşlı ailənin tək uşağı olub.

Yaşasaydı, ailəsi bu gün Kənanın ad gününü qeyd edəcəkmiş. Onun atası Abutalıb Hüseynov iki il bundan əvvəl dünyasını dəyişib. Ailə hazırda yas içindədir. Yaxınlarının bildirdiyinə görə, uşaq deyildiyi kimi, əməliyyatdan əvvəl yox, məhz əməliyyat zamanı rəhmətə gedib.

Kənanın sünnətini edən həkim Ramiz Sadıqov Masallının Ərkivan kəndində yaşayır. 1 il bundan əvvəl rayonun Kalinovka tibb məntəqəsində işləsə də, sonradan işdən çıxıb.

Həkim Ramiz Sadıqovun da hadisənin əməliyyat zamanı baş verdiyini təsdiqləyib: “Mən indi danışa bilmərəm. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. Hələ ki, polis tərəfindən də dindirilməmişəm. Ekspertizanın rəyi açıqlanandan sonra yəqin ki, mənim də izahatım alınacaq. Ölüm faktı qorxudan, şokdan ola bilər”.

03.05.2017 (20:28)

Masallı rayonunda azyaşlı sünnət masasında dünyasını dəyişib.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Musaküçə kəndində qeydə alınıb.

Belə ki, valideynləri Kənan Abutalıbov Hüseyinovu sünnət etdirmək üçün evə həkim gətiriblər. Uşağın ağrı hiss etməməsi üçün ona ağrıkəsici iynələr vurulub. Bundan sonra valideynlərinə otaqdan çıxmaq tövsiyə olunub. Lakin uşağın halı pisləşib və sünnət əməliyyatı başlamadan dünyasını dəyişib.

Azyaşlının meyiti müayinə olunması Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *