Zaqatalada xəstəxanada faciə: Baş həkim qaçdı – VİDEO
Zaqatala rayon mərkəzi xəstəxanasında altı aylıq uşaq həkim səhlənkarlığı ucbatından dünyasını dəyişib.
AzNews.info ANS PRESS-ə istinadən xəbər verir ki, valideynləri uşağın vəziyyəti ağır olduğundan onu Bakıya gətirmək istəyiblər. Lakin həkim buna ehtiyacın olmadığını deyib.
İyunun 23-də uşağın vəziyyətinin pisləşdiyini görən həkim əməliyyat qərarı verib. Nəticədə uşaq dünyasını dəyişib.
Bundan sonra uşağın yaxınları ilə həkimlər arasında dava düşüb. Xəstəxanaya polis əməkdaşları cəlb olunub. Baş həkim və digər həkimlərin xəstəxanadan qaçdığı deyilir.
Zaqatala rayon mərkəzi xəstəxanasından ölüm faktını təsdiqləyiblər. Xəstəxanadan qeyd ediblər ki, dünyasını dəyişən uşağın adı Səlim Laçınovdur.
“Səlim Laçınov iki gün əvvəl əməliyyat olunub. Uşaq bağırsaq keçirməzliyindən əziyyət çəkirdi. Əməliyyatdan sonra vəziyyəti ağır olaraq qalıb və bu gün dünyasını dəyişib” , - deyə xəstəxana işçisi əlavə edib.
Mənbə:> ANSPRESS