Azərbaycanda uşaq doğuşdan 5 gün sonra öldü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə

Azərbaycanda uşaq doğuşdan 5 gün sonra öldü

Azərbaycanda uşaq doğuşdan 5 gün sonra öldü


Azərbaycanda daha bir körpə doğuşdan sonra ölüb.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Şəkidə baş verib.

Körpənin anası Nüşabə Muradlı bildirib ki, doğuş sentyabın 9-u Zaqatala Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə baş tutub:

“Əməliyyat uğurlu oldu. Sonra uşağı mənə göstərmədilər. Səhəri gün qayınanam uşağı sistemə qoşduqlarını görüb. İş günü olmadığı üçün həkimlə telefonla əlaqə saxladıq, bizə zəif olduğuna görə uşağın sistemə qoşulduğunu dedi. Həkim narahatlığa ehtiyacın olmadığını bildirdi. Sonra uşağın sarılığa tutulduğunu dedilər. Ayın 13-ü uşağı təcili yardım maşını ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına apardıq. Gec gətirdiyimizə görə qəbul etmək istəmədilər. Sentyabrın 14-ü Şəki xəstəxanasında uşaq dünyasını dəyişdi. Analiz zamanı uşağın sarılıq xəstəliyindən dünyasını dəyişdiyi məlum oldu”.

Şikayətçi həmçinin bildirib ki, uşağa nəzarət edən Sevinc həkimə Səhiyyə Nazirliyi tərəfindən töhmət verilib:

“Zaqatalada həkimlərin şurasında Sevinc həkimə töhmət verdilər. Uşağım həkimin səhlənkarlığından öldü. Elə ona töhmət verəndə də, vaxtında sarılıq analizi etmədiyini qeyd etdilər”.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *