Baş həkim 6 yaşlı uşağın ölümü ilə bağlı açıqlama verib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Səhiyyə

Baş həkim 6 yaşlı uşağın ölümü ilə bağlı açıqlama verib – YENİLƏNİB

Baş həkim 6 yaşlı uşağın ölümü ilə bağlı açıqlama verib


“Ağcabədi rayon sakini 6 yaşlı Elton Şirinov qida zəhərlənməsində deyil, ağ ciyər çatışmazlığından vəfat edib”.

AzNews.info xəbər verir ki, Bunu APA-ya Ağcabədi rayon Uşaq Xəstəxanasının baş həkimi Rəfiqə Şirinova deyib.

“Düzdür, uşaqla bağlı bizə müraciət olunmuşdu. Amma müraciət edərkən uşağın vəziyyəti çox ağır idi. Növbədə olan həkim cərraha ehtiyac duyduğu üçün onu cərrahiyyə şöbəsinə göndərmişdi. Cərrahiyyə şöbəsində uşağa tənəffüs çatışmazlığı diaqnozu qoyulub. Ağcabədi rayon Xəstəxanasında uşaq cərrahiyyəsi şöbəsi olmadığı üçün uşaq Bərdə Uşaq Cərrahiyyəsi Mərkəzinə göndərilmişdi”.

Baş həkim deyib ki, yaxınları uşağın pomidor turşusundan zəhərlənərək öldüyünü desələr də, götürülən nümunələr bunu təsdiq etməyib: “Bizim fikrimizə görə, uşaq ağ ciyər çatışmazlığından vəfat edib“.

6 yaşlı Elton Şirinovun babası Əsgər Məmmədov nəvəsinin həkim laqeydliyindən öldüyünü deyib. Ə. Məmmədov faktla bağlı həkimlərdən şikayətlərinin olmadığını da açıqlayıb.

14:09

Ağcabədidə 6 yaşlı uşağın qidadan zəhərlənərək ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

AzNews.info xəbər verir ki, rayon Prokurorluğundan APA-nın Qarabağ bürosuna verilən məlumata görə, 2010-cu il təvəllüdlü Elton Şirinov ölümündən 3 gün əvvəl anası ilə birgə həbsdə olan atasının yanına gedib.

Görüşə gedən ailə özü ilə ev şəraitində bağlanmış pomidor turşusu aparıb. Onlar görüş zamanı birgə yemək yeyiblər.

Uşağın əmisi Allahverdi Şirinov, APA-ya bildirib ki, görüşdən qayıtdıqdan sonra E. Şirinovun səhhətində problem yaranıb:

“Dərhal kənd həkiminə müraciət elədik. Həkim sistem köçürdü. Axşamüstü Eltonun vəziyyəti daha da ağırlaşdı. Apardıq Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına. Orda həkimlərdən biri dedi ki, uşağın bağırsağında zəhərlənmə var, aparın Bərdə Mərkəzi Rayon Xəstəxanasına.

Bərdədə həkimlər dedi ki, çox gecikdirmisiniz, qəbul edə bilmərik. Onlar da Mingəçevir xəstəxanasına aparmağımızı istədilər. Bərdədən çıxıb Mingəçevirə gedirdik, Yevlaxa çatanda uşaq yolda keçindi”.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

12:30

Acabədidə 6 yaşlı uşaq qidadan zəhərlənib.

AzNews.info xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Kürdlər kəndində qeydə alınıb.

Kənd sakini, 6 yaşlı Elton Şirinov evlərində pomidor turşusundan zəhərlənərək ölüb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 28 dekabr 2016 09:39
  • Yazan: hoowei
Indeed, these types of 10 brand new wrist watches within the rolex replica are protected within whitened expensive diamonds, dark expensive diamonds, rubies, sapphires, perhaps actually a good hublot replica green or even 2. Each is distinctive. As well as each one of these expenses precisely 1 zillion rolex replica sale. Alright, it is insane cash, however these types of wrist watches tend to be insane stunning! A minimum of I believe omega replica, however I believe I've a significant weak point with regards to Hublot and also to gleaming points. I am confident these cartier replica uk might appear absurd upon my personal arm, however perhaps this is the stage? You do not put on the replica watches sale if you are the diminishing violet they are declaration items within the brashest feeling. But, We rolex replica uk locate them unerringly stylish. There are many diamond-encrusted wrist watches available, as well as the majority is meretricious monstrosities. To tell the truth, the majority of rolex replica uk bejeweled result might perhaps sit down under which explanation very easily. However I believe these types of items possess a little more stability.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *