İki uşaq anası intihar etmək istədi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

İki uşaq anası intihar etmək istədi – Əsəbiləşdiyi üçün

İki uşaq anası intihar etmək istədi


Zaqatalada iki uşaq anası dərmandan zəhərlənib.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, sentyabrın 17-i axşam saat 18:30 radələrində rayonun Muğanlı kənd sakini, iki uşaq anası olan, 1990-cı il təvəllüdlü Cəmilə Sabir qızı Musayevə zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi zamanı Cəmilə Musayeva əsəbiləşdiyi üçün müxtəlif adlarda 21 dərman həbi içdiyini bildirib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Cəmilə Musayevanın vəziyyəti həkim müdaxiləsindən sonra stabilləşib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *