Mahaçqalada 72 uşaq zəhərləndi
Mahaçqalada 108 yerli sakin yoluxucu bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
AzNews.info-nun məlumatına görə, APA “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, onlardan 72 nəfəri uşaqlardı.
İlkin məlumata əsasən, zəhərlənməyə içməli su səbəb olub. Hadisənin sakinlərin istifadə etdiyi içməli suyun yağış sularına qarışması nəticəsində baş verdiyi ehtimal olunur.
Hadisə ilə əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, Mahaçqalada son günlər intensiv yağışlar müşayiət olunub.
Mənbə:> APA