2 ay ərzində 40 nəfəri gün vurub
Günvurma diaqnozu ilə müraciət edənlərdən 15 nəfəri xəstəxanaya yerləşdirilib ki, onlardan 4 nəfəri uşaq olub.
İyun ayından bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 40 nəfər müraciət edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib.
Onun sözlərinə görə, günvurma ilə bağlı müraciət edənlərdən 6 nəfəri uşaq olub.
R.Nağıyevin sözlərinə görə, günvurma diaqnozu ilə müraciət edənlərdən 15 nəfəri xəstəxanaya yerləşdirilib ki, onlardan 4 nəfəri uşaq olub.
Baş həkim qeyd edib ki, günvurma ilə bağlı ölüm faktı qeydə alınmayıb.
Mənbə:> Oxu.az