Bakıda 12 nəfəri gün vurub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Səhiyyə

Bakıda 12 nəfəri gün vurub

Bakıda 12 nəfəri gün vurub


May ayından bu günə kimi Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 12 nəfər müraciət edib. Onlardan iki nəfəri xəstəxanaya yerləşdirilib.

AzNews.info xəbər verir ki, bunu APA-ya açıqlamasında Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

R. Nağıyev bildirib ki, havanın hərarətinin qalxdığı son iki gün ərzində günvurma ilə bağlı cəmi iki nəfər müraciət edib: “Onlarda da yüngül hallar idi. Həmin şəxslərə ilkin tibbi yardım göstərilib”.

Baş həkim qeyd edib ki, günvurma ilə bağlı müraciət edənlər əsasən orta yaşlı insanlardır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *