Mahaçqalada Əziz Əliyevin memorial kompleksi açıldı
Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtında Abubakarov və Əliyev küçələrinin kəsişməsində SSRİ və Azərbaycanın ictimai və siyasi xadimi Əziz Əliyevin memorial kompleksi açılıb.
Oxu.Az RİA “Daqestan”a istinadən xəbər verir ki, kompleksin yaradılması təşəbbüsü Azərbaycan prezidenti İlham Əliyevə məxsusdur.
“Əziz Əliyev – Sovet ittifaqının, Dağıstan və Azərbaycanın görkəmli dövlət xadimi olub. O, 1942-ci ildən 1948-ci ilə qədər ən çətin dövrdə Dağıstan Respublikasının rəhbəri vəzifəsində çalışıb. O, sovet dövlətinin ən savadlı rəhbərlərindən biri idi.
Hələ gənc yaşlarında Əziz Əliyev Azərbaycan Ali Şurasının sədri, həmçinin Azərbaycan Komunist Partiyasının Mərkəzi Komitəsinin üçüncü katibi olub.
Daha sonra Ümumittifaq Komunist Partiyasının Dağıstan Vilayət Komitəsinin birinci katibi təyin edilib. Bu vəzifədə çalışarkən o, dağıstanlı siyasi və partiya xadimi Abdurahman Daniyalov ilə əməkdaşlıq edirdi”, - respublikanın rəhbəri Ramazan Abdulatipov abidənin açılışında bildirib.
4,2 metr hündürlüyü olan abidə 2 metrlik postamentin üzərində ucaldılıb. Monument Bakıda rus qranitindən hazırlanıb. Abidənin ümumi çəkisi 7 tondur. Abidənin ətrafında hər birinin hündürlüyü beş metr olan 14 ədəd səkkizguşəli sütun quraşdırılıb.
Mənbə:> Oxu.Az