Ramazan Abdulatipov Azərbaycana gəldi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Ramazan Abdulatipov Azərbaycana gəldi

Ramazan Abdulatipov Azərbaycana gəldi


Mayın 12-13-də Azərbaycanda ilk dəfə Dağıstan Mədəniyyət günləri keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Dağıstan rəhbəri və hökumətinin mətbuat xidmətində bildiriblər.

Məlumata görə, tədbirdə iştirak etmək üçün Azərbaycana Dağıstan lideri Ramazan Abdulatipovun rəhbərliyi altında heyət gəlib.

Mayın 12-də Heydər Əliyev Sarayında Mədəniyyət günlərinin açılış mərasimi olacaq.

Dağıstan günləri çərçivəsində Ramazan Abdulatipovun Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və işgüzar dairələrin nümayəndələri ilə görüşləri planlaşdırılıb.

Mayın 13-də Dağıstan Mədəniyyət günləri Xaçmaz və Qusarda davam edəcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *