Pakistanda 200-dən çox polis kursantı girov götürülüb
Pakistanın Belucistan vilayətinin paytaxtı Kvetta şəhərində naməlum silahlılar polis akademiyasına hücum ediblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Samaa TV telekanalı məlumat yayıb.
Hücum bazar ertəsi, oktyabrın 24-də, axşam saatlarında baş verib. İlkin məlumata görə, silahlı şəxslərin sayı beş və ya altı nəfərdir.
Telekanalın məlumatına əsasən, hazırda təhsil müəssisəsində şiddətli atışma gedir. Hüquq-mühafizə orqanlarının yeddi əməkdaşının yaralandığı qeyd olunur.
Hadisə nəticəsində 200-dən çox kursantın girov götürüldüyü bildirilir.
Mənbə:> Oxu.Az