Pakistanda partlayış: 53 ölü » AzNews.info -Xəbər portalı

Pakistanda partlayış: 53 ölü – YENİLƏNİB

Pakistanda partlayış: 53 ölü


Pakistanın Kvett şəhərində xəstəxanada partlayış zamanı 53 nəfər ölüb, 50-dən çox adam xəsarət alıb.

Oxu.Az xəbər verir ki, “Express Tribune” nəşri məlumat yayıb.

Daha öncə 40 nəfərin öldüyü barədə məlumat yayılmışdı.

11:16

Pakistanın Kvetta şəhərində xəstəxanada partlayış zamanı ən azı 40 nəfər ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə “Express Tribune” nəşri məlumat yayıb.

Partlayış səhər saatlarında Vəkillər Kollegiyasının Assosiasiyasının prezidenti Bilal Ənvər Kasinin qətlindən bir neçə saat sonra baş verib.

Onun cəsədi xəstəxanaya çatdırılıb, tezliklə tibb müəssisəsinə onun həmkarları, tanışları və KİV nümayəndələri gəldikdən sonra partlayış baş verib.

Bir neçə vəkil xəsarət alıb, bir jurnalist ölüb, digəri isə ciddi yaralar alıb. Daha öncə 30 nəfərin öldüyü və 50-dən çox adamın yaralandığı barədə məlumat yayılmışdı.

Belucistan əyalətinin DİN rəhbəri partlayışı kamikadzenin törətdiyini bildirib.

Xüsusi xidmətin əməkdaşları tibb müəssisəsinin ərazisini mühasirəyə alıblar, həyəcan siqnalı verilib.

10:03

Pakistanın Kvetta şəhərində yerləşən xəstəxanada baş verən partlayış nəticəsində ən azı 25 nəfər ölüb, 35-dən çox insan müxtəlif xəsarət alıb.

Oxu.Az xəbər verir ki, bu barədə “GeoTV” telekanalı məlumat yayıb.

Partlayış səhər saatlarında baş verib. Telekanal tibb müəssisəsindəki mənbəyə istinadən xəbər verir ki, partlayış xəstəxananın reanimasiya şöbəsində baş verib.

Bundan başqa polisin məlumatına görə, partlayışdan sonra naməlum şəxs atəş açıb. Xüsusi xidmətin əməkdaşları tibb müəssisəsinin ərazisini mühasirəyə alıblar, həyəcan siqnalı verilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *