Xaçmazda xəstəxanada partlayış
Xaçmaz rayonu, Xudat şəhərində xəstəxananın ərazisində təmirə dayanmış ümumi sahəsi 35 kv.m olan birmərtəbəli stomatoloji şöbədə qaz sızması nəticəsində partlayış baş verib.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.
Məlumata əsasən, hadisə zamanı 1 nəfər xəsarət alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Mənbə:> Oxu.Az