Göyçayda avtomobil sexi yanaraq külə dönüb » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Avto

Göyçayda avtomobil sexi yanaraq külə dönüb

Göyçayda avtomobil sexi yanaraq külə dönüb


Göyçay rayonunda yanğın hadisəsi baş verib.

AzNews.info-nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saat 21:30 radələrində Göyçay şəhərində qeydə alınıb.

Rayon sakini Əhmədov Habil Xalid oğluna məxsus avtomobil təmiri sexində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb edilib. Hadisə zamanı ümumi sahəsi 52 kvadratmetr olan təmir sexi tamamilə yanaraq külə dönüb.

Hadisə zamanı təmir sexində olan və rayon sakini Qədirli Fəxri Rüfət oğluna məxsus 61-BA-626 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili, eləcə də oradakı kompressor hava aparatı və digər ləvazimatlar yanaraq yararsız ala düşüb. Hadisənin hansı səbədən baş verdiyi hələ ki, məlum deyil. Yanğın bazar günü baş verdiyi üçün təmir sexində işləyən olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *