Ata və övladlarının yanaraq ölməsilə bağlı yeni xəbər
Fövqəladə Hallar Nazirliyi Göyçay şəhərində baş verən dəhşətli yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
ANS PRESS-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 40 kv.m sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 1970-ci il təvəllüdlü Babayev Azad Misir oğlu, 2008-ci il təvəllüdlü Əhmədov İlyas Azad oğlu və 2009-cu il təvəllüdlü Əhmədova Aysu Azad qızının yanmış meyitləri aşkar olunub.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 08:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> ANSPRESS