Qazaxda fərdi yaşayış evi yanaraq kül oldu » AzNews.info -Xəbər portalı

Qazaxda fərdi yaşayış evi yanaraq kül oldu – VİDEO

Qazaxda fərdi yaşayış evi yanaraq kül oldu


Qazax rayonunda fərdi yaşayış evində yanğın baş verib.

AzNews.info-nun Report-a istinadən məlumatına görə, qəfil alışan ev qonşunun mənzilinə də ziyan vurub. Hadisə bu gün səhər saatlarında rayon sakini, 57 yaşlı Rafət Yaqubova məxsus mənzildə baş verib. Dərhal hadisə yerinə yanğınsöndürənlər çağrılıb.

Yanğın zamanı ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli 3 otaq və aynabəndən ibarət ev yanaraq külə dönüb. Alov genişlənərək Amil İbrahimova məxsus ümumi sahəsi 300 kvadratmetr olan ikimərtəbəli 5 otaqlı evə keçib. Yanğı zamanı R.Yaqubova məxsus fərdi yaşayış evi tamamilə yanaraq yararsız hala düşüb, A.İbrahimova məxsus evin isə eyvanı yanıb.

Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.


Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *