1250 ölü ilə bağlı açıqlama
Peşmərgə xlor qazı yüklü tankerin partladılması haqqında xəbərlərdən sonra açıqlama yayıb.
ANS PRESS-in məlumatına görə, Şimali İraq Kürd Muxtariyyətinin Peşmergə Nazirliyinin katibi Cabbar Yavər verdiyi açıqlamada bu xəbərlərin həqiqətə uyğun olmadığını deyib.
"Biz nazirlik olaraq hərbi qüvvələrimizə sıravi vətəndaşların yaşadığı yerləri qətiyyən bombalamamaları haqqında təlimat vermişik. Sadəcə İŞİD hərbi mərkəzləri və İŞİD-çilərin gizləndiyi yerlər vurulur. Peşmərgənin hərbi əməliyyatları zamanı indiyədək yerli xalqlar zərər görməyib. Mosulda tankerin partladılması, kimyəvi hücum haqqında yayılan xəbərlər həqiqətə uyğun deyil" - deyə bildirib.
O, əlavə edib ki, bu xəbərlər Peşmərgəni ləkələmək üçün planlaşdırılmış bir addımdır.
Xatırladaq ki, bir neçə saat əvvəl Peşmərgənin Mosulda xlor yüklü tankeri partlatması, nəticədə içərisində türkmənlərin də olduğu 1250 sıravi insanın öldüyü haqqında xəbərlər yayılmışdı.
Mənbə:> ANSPRESS