Rio-2016: Yüngül atletika yarışları dayandırıldı
Rio-de-Janeyroda yüngül atletika üzrə yarışlar yağışlara görə dayandırılıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, yarışların nə zaman bərpa ediləcəyinə dair məlumat yoxdur.
Çərşənbə axşamı yüngül atletika: kişilər arasında şüvül ilə tullanma, 800 m məsafəyə qaçış (kişi) və 400 m məsafəyə qaçış (qadınlar) üzrə yarışlarda daha üç dəst mükafat uğrunda mübarizə aparılıb.
Olimpiya oyunları avqustun 21-də başa çatır.
Mənbə:> Oxu.az