Rusiyanı Rio Olimpiyadasında yüngül atletika üzrə bir idmançı təmsil edəcək
Komissiyanın hesabatının təfərrüatları dəqiqləşdirilməyib.
Rio Olimpiyadasına Rusiyadan yüngül atletika üzrə yeganə idmançı Darya Klişina buraxılıb.
Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, İdman Abitraj Məhkəməsi rusiyalı hüdürlüyə tullanma üzrə idmançı Darya Klişinanın apellyasiya şikayətini təmin edib.
Qeyd edək ki, Beynəlxalq yüngül atletikaçılar federasiyaları assosiasiyası (İAAF) onun Braziliyada Yay Olimpiyadasında iştirakdan kənarlaşdırılmasına dair qərar qəbul edib.
Keçən şənbə İAAF Riçard Maklarenin rəhbərlik etdiyi Ümumdünya Dopinq Əleyhinə Agentliyin Komissiyasının yeni informasiyasına görə, Klişinanın Olimpiya yarışlarında iştirak etməsini qadağa qoyulmasına dair qərar qəbul edib.
Bununla yanaşı, Komissiyanın hesabatının təfərrüatları dəqiqləşdirilməyib. Ertəsi gün idmançı İAAF-ın qərarından İdman Arbitraj Məhkəməsinə şikayət edib.
Mənbə:> Oxu.az