Hicablı qadın kütləvi davaya səbəb oldu: Xəsarət alanlar var » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Dünya

Hicablı qadın kütləvi davaya səbəb oldu: Xəsarət alanlar var

Hicablı qadın kütləvi davaya səbəb oldu: Xəsarət alanlar var


Qarşıdurmada onlarla insan iştirak edib.

Fransanın Korsika adasında Bastiya şəhərində yüzlərlə insanın iştirak etdiyi etriaz aksiyası keçirilib.

Oxu.Az “Delfi” saytına istinadən xəbər verir ki, ada sakinləri bu ərəfədə Sisko kəndində baş verən kütləvi davaya görə küçələrə çıxıblar.

Davanın səbəbi çimərlikdə “burkini”də, yəni “hicablı bikini”də olan müsəlman qadınların fotosunu bir turistin çəkməyə çalışması olub.

Mühafizəkar islamçıların fikrincə, müsəlman qadın çimərlikdə məhz burkinidə, yəni qadının başını və bədənini tam örtən çimərlik geyimində olmalıdır.

Fotoqrafın cəhdlərini görəndə yerli mühacir müsəlmanlar ona mane olmağa çalışıblar, dava başlanıb.

Ötən həftə Kannda ictimai yerlərdə, o cümlədən çimərliklərdə qadınların niqabda, çarşabda peyda olmasını yasaqlayan qanun qəbul olunub.

“Turist bir neçə şəkil çəkmək istədiyinə görə dava düşüb, - yerli mer bildirb, - fotoqrafın burkinidə olan müsəlman qadınların fotolarını çəkməyə çalışdığını görəndə yerli müsəlmanlar, daha doğrusu, əslən Şimali Afrikadan olan mühacirlər olaya müdaxilə ediblər”.

Fransız KİV-in məlumatına görə, turisti yerli yeniyetmələr müdafiə ediblər. Daha sorna davaya bir qədər yaşlı kişilər də qoşulub. Bıçaqlar, baltalar və qarpunlarla silahlanmış müsəlmanlar yerli sakinlərə hücum edib, iki nəfəri yaralayıblar.

Yerli sakinlərlə başqa yerdən gəlmiş onlarla insan arasında dava olub. Bastiya xəstəxanasına 4 yaralı aparılıb, 15 avtomobil yandırılıb. Hadisə yerinə yüzlərlə polis və jandarm göndərilib.

Beynəlxalq Fransa radiosu öz növbəsində qarşıdurmada onlarla insanın iştirak etdiyini və yalnız 100-ə yaxın polisin müdaxiləsindən sonra asayişin bərpa olunduğunu bildiriblər.

Fransanın DİN rəhbəri Bernar Kaznev bazar günü ada sakinlərini sakitliyə riayət etməyə çağırıb. Adada mühacirlərin sıx yaşadığı yerlərə yüzlərlə insanın “Bu bizim torpağımızdır!” şüarları ilə soxulduqdan sonra həmin ərazi polis nəzarəti altına alınıb.

2011-ci ildən ictimai yerlərdə üzü örtən baş geyimlərinin qadağan edildiyi Fransada müsəlman geyimləri uzun müddətdir ki, müzakirə predmeti olaraq qalır.

İyul ayında Korsika qanunvericiləri adada məscidləri bağlamağa çağırıb. Çağırış gizli separatçı təşkilatın islam ekstremistlərinin ünvanına təhdidlər yaydıqdan bir neçə saat sonra səslənib.

Qruplaşma “Korsika milli azadlıq cəbhəsi” hərəkatının qolu olan qruplaşma islamçıları adada istənilən hücumun “ani qətiyyətli cavaba səbəb olacağına” dair xəbərdarlıq edib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *